“Ştutqart” mağazalar şəbəkəsindən işdən çıxan 64 nəfərin ümumilikdə 76 min manatlıq əməkhaqqı qalığının verilməməsi ilə bağlı şikayətlərə aydınlıq gətirilib.
Eləcə də bax: “ŞTUTQART”ın sahibi barəsindəki bütün iddialara - CAVAB VERDİ
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Heydərov “Sosial saat”da bildirib ki, hazırda həmin müraciətlə bağlı araşdırma davam edir.
Onun sözlərinə görə, sənədlərin Dövlət Xidmətinə təqdim olunması üçün işəgötürənə müraciət edilib: “Nəticələr barədə məlumat veriləcək”.