2020-ci ildə Azərbaycanın dövlət qurumlarında çalışan 4 min nəfərə yaxın şəxs işini itirib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Komitənin məlumatına görə, 2021-ci ilin yanvarın 1-ə olan vəziyyətə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 691,8 min nəfər olub.
Onlardan 910,8 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 781,0 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
Bu bir əl əvvəlki göstəricidən 45,2 min nəfər və ya 2,7 faiz artıqdır. Belə ki, 2020-ci ilin yanvarın 1-də Azərbaycanda muzdla işləyənlərin sayı 1645,4 min nəfər idi.
Bunlardan 914,5 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 730,9 min nəfər isə qeyri-dövlət sektorunda çalışıb.
Rəqəmlərdən məlum olur ki, 2020-ci ildə Azərbaycanda özəl sektorda işləyənlərin sayı artıb, dövlət sektorunda çalışanlar isə azalıb.
Belə ki, əvvəlki illə müqayisədə dövlət sektorunda işləyənlərin sayıda 3,7 min nəfərə azalma baş verib. Qeyri dövlət sektorunda işləyənlər isə 50,1 min nəfər artıb.