DSMF-in 2023-cü il üzrə gəlirləri əvvəlki illə müqayisədə 948 mln manat və ya 17% çox olmaqla 6 mlrd 677 mln manat təşkil edib.
DSMF-nin gəlirləri tərkibində məcburi dövlət sosial sığorta daxilolmaları da ötən il 13 faiz və ya 613 mln manat artaraq 5 mlrd 197 mln. manata çatmışdır.
DSMF-nin ötənilki gəlirləri 6 milyard manatdan - ÇOX OLUB
FED.az xəbər verir ki, bu barədə DSMF-nin İdarə Heyətinin sədri Himalay Məmişov Fondun 2023-cü ildəki fəaliyyətinin yekunlarına və qurumun hədəflərinə dair keçirdiyi mətbuat konfransında bildirib.
Fondun xərclərinə gəlincə xərclər ötən il 16 faiz va ya 829 mln. manat çox olmaqla 6 mlrd. 81 mln manata çatıb. Xərclərin 5 mlrd 888 mln manatını əhaliyə ödənişlər təşkil edib. Bu göstərici 2022-ci illə müqayisədə 16 faiz və ya 805 mln. manat çoxdur.