Dövlət Sosial Müdafiə Fondunda (DSMF) yeni təyinat olub.
Eləcə də bax: Meşələrin İnkişafı Xidmətinə - RƏHBƏR TƏYİNATI
FED.az Banker.az-a istinadən xəbər verir ki, Yavər Məmmədov DSMF-in Mərkəzi Maliyyə və Uçot şöbəsində şöbə müdiri təyin edilib. O, cari aydan başlayaraq Fondda bu vəzifədə çalışacaq.
Buna qədər isə DSMF-də direktor müşaviri vəzifəsində çalışırdı.
DSMF – Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında məcburi dövlət sosial sığortası, əhalinin əmək pensiyaları, sosial müavinətlər, təqaüdlər, kompensasiyalar və sosial yardımlarla təmin edilməsi, ahılların, əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiyası, çətin həyat şəraitində olan şəxslərə sosial xidmət sahəsində tədbirləri həyata keçirən icra hakimiyyəti orqanıdır.