Banner

Sosial

Dövlət Sosial Müdafiə Fondunda – MÜŞAVİRƏ KEÇİRİLİB

Dövlət Sosial Müdafiə Fondunda – MÜŞAVİRƏ KEÇİRİLİB | FED.az
14:59 22 May 2019
Azərbaycanda bu ilin əvvəlindən ilk proaktiv xidmət kimi pensiyaların avtomatlaşdırılmış qaydada təyinatına başlanılıb. Sosial təminat  sisteminin digər sahələri üzrə də avtomatlaşdırılmış təyinat sistemlərinin qurulması işləri davam edir və bu işlər nəticəsində proaktiv xidmətlərin əhatə dairəsi xeyli genişləndiriləcək.

FED.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun  direktoru  Himalay   Məmişov   Fondda   sosial  təminat   sahəsində   görülən  işlərə, aparılan islahatlara və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirədə bildirib. 

Eləcə də bax: Prezident: "Çalışırıq ki, dolanışıq daha yaxşı olsun" - SAKİNLƏRLƏ SÖHBƏT

İclasda Dövlət Sosial Müdafiə Fondunun 2019-cu ilin birinci rübünə dair fəaliyyəti, xüsusilə dövlət başçısının əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə imzaladığı Fərman və Sərəncamların icrası sahəsində görülmüş işlər müzakirə olunub. H.Məmişov cari il   martın   1-dən   pensiyanın   minimum   məbləğinin   40   faiz   artırılaraq   160   manata çatdırılmasının 233 min pensiyaçının pensiyasında əhəmiyyətli artıma imkan verdiyini deyib.

O,   həmçinin   15   aprel   2019-cü   il   tarixli   Sərəncam   və   Fərmanlarla   sosial   müavinət   və təqaüdlərin   orta  hesabla   100%   artırılmasının  600   minə   yaxın  vətəndaşın  rifahına   ciddi dəstək olduğunu vurğulayıb. O, şəhid ailələrinin, əlilliyi olan şəxslərin, sağlamlıq imkanları məhdud uşaqların və  b. həssas qrupların sosial müdafiəsinin gücləndirilməsi sahəsində həyata keçirilən tədbirləri də qeyd edib.

İclasda   müvafiq   artımların   edilməsi   üçün   aparılmış   işlər,   DSMF-nin   fəaliyyət sahələrində əhaliyə xidmətlərin keyfiyyətinin yüksəldilməsi, vətəndaş məmnunluğuna nail olunması, icra intizamına əməl olunması üçün görülən işlər müzakirə edilib. Fondun cari ildə qarşısında duran vəzifələrdən bəhs olunub, bu vəzifələrin icrasının təmin edilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.   

Digər xəbərlər

Banner