Dövlət orqanlarında çalışan dövlət qulluqçusu olmayan işçilərin (qeydiyyatçı, nəzarətçi, təsərrüfat işçisi, xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s.) aylıq vəzifə maaşları artırılıb.
Maliyyə naziri maaş artımlarından danışdı - YANVARIN 1-DƏN HESABLANACAQ
FED.az xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı müvafiq qərar qəbul edib.
Dövlət orqanlarında çalışan dövlət qulluqçusu olmayan işçilərin (qeydiyyatçı, nəzarətçi, təsərrüfat işçisi, xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s.) aylıq vəzifə maaşları 2023-cü il yanvarın 1-dən aşağıdakı məbləğdə müəyyən edilib:
Sıra №-si |
Kateqoriyalar üzrə dövlət orqanları |
Aylıq vəzifə maaşının məbləği (manatla) |
1. |
Ali kateqoriya dövlət orqanlarında |
400 |
2. |
1-ci kateqoriya dövlət orqanlarında |
385 |
3. |
2-ci və 3-cü kateqoriya dövlət orqanlarında |
365 |
4. |
4-cü və 5-ci kateqoriya dövlət orqanlarında |
345 |
Bu Qərarda qeyd olunan işçilərin mükafat- landırılması məqsədilə hər il növbəti il üçün təsdiq edilən dövlət büdcəsində onların çalışdıqları dövlət orqanlarında həmin işçilər üçün müəyyən olunmuş aylıq vəzifə maaşının 3 misli həcmində əlavə vəsait nəzərdə tutulur.
Bu Qərar 2023-cü il yanvarın 1-dən tətbiq edilir.