Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov 48 mərkəzi, yerli icra hakimiyyəti orqanlarının və dövlət qurumlarının rəhbərlərinə məktub göndərib.
Eləcə də bax: Operativ Qərargahdan "yumşalma qərarı" ilə bağlı - AÇIQLAMALAR - CANLI YAYIM
Nazirlər Kabinetinin Mətbuat Xidmətindən FED.az-a bildirilib ki, məktubda bir sıra məsələlərin yer alması ilə yanaşı, dövlət orqanlarında 65 yaşdan yuxarı işçilərin işə cəlb edilməsi qadağan edilib.
Tapşırıq 10 avqust tarixindən 31 avqust tarixinədək qüvvədədir.
Qeyd edək ki, indiyədək 60 yaşdan yuxarı işçilərin işə cəlb edilməsi qadağan idi.