Sosial xidmət haqqının ödənilməsi qaydası dəyişir.
Bəzi əmək pensiyalarının ödənişi üçün dövlət büdcəsindən maliyyə ayrılacaq
FED.az xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə olunan “Sosial xidmət haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Qanun layihəsinə əsasən, ödənişli sosial xidmətlər və dövlət büdcəsinin vəsaiti hesabına zəmanət verilmiş həcmdə ödənişsiz evdə (səyyar) sosial xidmətlər çətin həyat şəraitində olan şəxs (ailə) ilə sosial xidmət göstərən subyektlər arasında bağlanmış müqavilə əsasında həyata keçiriləcək.
Məlumat üçün bildirək ki, hazırkı redaksiyada yalnız ödənişli sosial xidmət göstərilərkən subyektlər arasında müqavilə bağlanması nəzərdə tutulub.
Təklif olunan dəyişiklik isə həmçinin dövlət büdcəsinin vəsaiti hesabına göstərilən ödənişsiz sosial xidmətlər zamanı da subyektlər arasında müqavilə bağlanmasını nəzərdə tutur.
Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul olunub.