DOST İş Mərkəzi tərəfindən Ağalı kəndində 4 vakant yer elan edilib, daha 30 vakant yerin açılması üçün son tamamlama işləri aparılır.
Eləcə də bax: Zəngilanda “ASAN xidmət” fəaliyyətə - BAŞLAYIB
FED.az xəbər verir ki, Dövlət Məşğulluq Agentliyi tərəfindən işəgötürənlərlə əməkdaşlıq həyata keçirilərək 40-dan çox sakin işlə təmin olunub, 12 nəfər peşə hazırlığına cəlb olunub.
Həmçinin kəndin 3 sakininə özünüməşğulluq proqramı çərçivəsində kiçik təsərrüfatlarını yaratmaları üçün aktivlər verilib, daha 8 sakinin bu proqrama cəlb edilməsi nəzərdə tutulub.