Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturunda olan Dayanıqlı və Operativ Sosial Təminat Agentliyində yeni təyinat olub.
Eləcə də bax: Naxçıvan Dövlət Agentliyinə - Direktor Təyinatı Olub
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, Nazilə Həşimzadə İdarə Heyəti sədrinin müşaviri təyin edilib.
Bundan öncə isə sədrin müşaviri Ruslan Mirzəliyev idi.
Qeyd edək ki, N.Həşimzadə buna qədər DOST-un İnformasiya texnologiyaları departamentinin direktoru vəzifəsində çalşırdı.
Hazırda DOST Agentliyinə Fərid Məmmədov sədrlik edir.