Sinoptiklər yağıntılı və küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq ediblər. FED.az bildirir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, martın 24-ü axşam və 25-də əsasən şimal və qərb rayonlarında yağış yağacağı gözlənilir. Yağıntının bəzi yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Yaxın 2-3 gün ərzində ölkə ərazisində arabir güclənən qərb küləklərinin üstünlüyü müşahidə olunacaq. Mart 24-ü axşam və 25-də bəzi yerlərdə, əsasən, şimal və qərb rayonlarında yağış yağacağı ehtimalı var. Havanın temperatur rejimində mühüm dəyişiklik gözlənilmir.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib.