Azərbaycanda 14 yaşı tamam olmamış şəxslərə dərman vasitələrinin buraxılması qadağan edilir. FED.az xəbər verir ki, Milli Məclisin Səhiyyə Komitəsinin bu gün keçirilən iclasında bununla bağlı “Dərman vasitələri haqqında” qanuna əlavə müzakirə olunub.
Qanuna təklif edilən 13.3-1 bəndinə görə, ölkədə 14 yaşı tamam olmamış şəxslərə dərman vasitələrinin buraxılması qadağan edilir.
Layihə plenar iclasa tövsiyə olunub.
apa