“Bizdə daha çox qayğıya ehtiyacı olan insanlar günəmuzd işləyənlərdir”.
FED.az xəbər verir k, Nazirlər Kabinetinin 2019-cu ildə fəaliyyəti ilə bağlı hesabatın müzakirəsi zamanı çıxış edən millət vəkili Bəhruz Məhərrəmov deyib.
Eləcə də bax: Nazir: «Ailənin bir üzvü maaşını alırsa, digər üzvlərinə yardım edilməyəcək»
O bildirib ki, həmin şəxslər həm öz günahları, həm də bəzi qurumlarının günahı üzündən işsiz kimi də heç yerdə qeydiyyatda deyillər: “Bu gün həmin insanlar yardımdan kənarda qalır. Həmin yardım gündəlik 5-10 manat qazanan insan üçün çox vacibdir. Eyni zamanda, adına torpaq olan şəxslər də bu yardımdan kənarda qalır. Bu məsələyə də təkrar baxılmalıdır”.
Apa