Heç bir şeyə cəsarət etməyən, heç bir şeyə ümid bəsləməsin. (Friedrich Schiller)
Əgər məndən soruşsalar ki, XXI əsrin ən ağıllı dəlisi kimdir?, şübhəsiz Elon Musk deyərdim. Bir təsəvvür edin də, Paypalı satdıqdan sonra gedib dincəlmək əvəzinə bu insan Tesla adlı avtomobil şirkəti qurur, özüdə bu avtomobillər bəlkə də dövrümüzün ən ekologiyasevər avtomobillərindəndir. Sonra da, istehsal olunan avtomobilləri kosmosa göndərərək öz xəyalını gərçəkləşdirir. Bəs ona nə güc verir, bu cəsarəti hardan tapır? Özünün dediyinə görə cəsarət toplamaq üçün tərtib etdiyi 3 qayda var. Gəlin bunlara baxaq.
1) Risk almayın amma risksiz də qalmayın.
Elon Muska görə riskdən özünüzü qorxutmağınıza səbəb yoxdur. Qorxursunuzsa riskli qərarlar verməyin, qorxmursunuzsa riskin üzərinə gedin. O deyir ki, Cənubi Avstraliyada enerji şəbəkəsini düzəltmək üçün əlimdən gələn hər şeyi etdim, özümə 100 gün vaxt qoydum, indi hamı pulsuz istifadə edir. Ümumiyyətlə nəyəsə nail olmaq üçün özünüzə vaxt qoymaq yaxşı taktikadır.
Eləcə də bax: "Bankların problemləri daha da ciddiləşəcək"
2) Uğursuzluq dediyin nədirki dostum?
Roma İmperatoru Marcus Aurelius’un “Meditasyonlar” kitabı sahibkarlar tərəfindən ən çox oxunan kitablardan biridir. Bu kitabda işlənmiş belə bir ifadə var.
Zehninizi idarə edə bilərsiniz, amma kənar hadisələri idarə edə bilməzsiniz. Bunu başa düşsəz özünüzü güclü hiss edəcəksiniz.
Elon Musk CNN-ə verdiyi müsahibə zamanı bununla bağlı belə deyib:
Tesla və SpaceX-i qurarkən yalnız 50% uğurlu olacağım barədə inancım var idi. Lakin sonra belə fikirləşməyə başladım, "Yəqin ki, alınmayacaq, amma alınarsa nəticələri çöx böyük ola bilər"
3) Hərəkət sözdən daha qüvvətlidir.
Azacıq olsa da uğurlu olma şansımız varsa da bunu etmək lazımdır. Əgər bu belə olmasaydı indi ABŞ müstəqil dövlət olmazdı. Finlandiyalıların işlətdiyi bir söz vardır, sisu. Mənası böyük güc qarşısında qərarlılıq və dirənmək bacarığıdır. İnsanlar sisu bacarıqlarını inkişaf etdirsə özünə inamı bol olacaq, ümidli və əzmkar olacaq.
Müəllifdən.
Biz dünyayı dəyişdirmək üçün yaradılmışıq. Heç fikir verirsiniz?, cəmiyyət dünyanı dəyişdirənlər haqqında öyrənir. Əziz dost, mən səmimi adamam, sən dünyayı dəyişdirdiyin zaman qarşına çoxlu əngəllər çıxacaq, heç vaxt alınmayacaq, hər kəs sənin düşüncələrinə axmaqca baxacaq, hər kəs səndən ağıllı olduğunu düşünəcək, sən çox çalışmağına rəğmən həmişə uğuru başqaları əldə edəcək. Sən xəyallarını gərçəkləşdirmək üçün pulundan daha çox zamanını qurban verəcəksən. Ona görə də cəsarət etməkdən heç vaxt qorxma. Atalara yaxşı deyib, qorxan gözə çöp düşər. Mən sənə motivasiya vermirəm, zəhmət olmasa bunu belə anlama.
Elon Musk olma, özün ol :)