Prezident İlham Əliyev aprelin 4-də “Ağcabədi rayonunda "ASAN xidmət" mərkəzinin layihələndirilməsi və tikintisi haqqında” Sərəncam imzalayıb.
FED.az xəbər verir ki, Ağcabədi rayonunda "ASAN xidmət" mərkəzinin layihələndirilməsi və tikintisi məqsədilə Prezidentin 2018-ci il 22 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.52.4-cü yarımbəndində göstərilmiş məbləğin 5 milyon manatı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə ayrılıb.
Eləcə də bax: İcra hakimiyyətlərinin bu səlahiyyəti alındı - FƏRMAN
Eləcə də bax: Şəxsiyyət vəsiqəsi üçün rüsumlar təsdiqləndi - QANUNA DƏYİŞİKLİK