Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu gün “Xəzər” markalı daha 50 avtomobili Qarabağ müharibəsi əlillərinə təqdim edib.
FED.az xəbər verir ki, indiyədək Nazirlik tərəfindən müharibə əlillərinə indiyədək 6474, o cümlədən cari ilin ötən dövründə 330 avtomobil verilib.
Eləcə də bax: 1716 nəfər əlilliyi olan şəxs - İŞLƏ TƏMİN OLUNUB
Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev həssas qruplara dövlətin qayğısının artmaqda davam etdiyini vurğulayıb. Nazir müavini xatırladıb ki, bir qədər əvvəl prezident İlham Əliyevin qəbul etdiyi sosial islahatlar paketi əməkhaqlarının, pensiya, müavinət və təqaüdlərin ciddi şəkildə artımı ilə 4,2 milyon insanın rifahına ciddi dəstək olub.
Nazir müavini 2019-cu ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müharibə əlillərinə nəzərdə tutulduğundan 3,2 dəfə çox olmaqla 600-ə yaxın avtomobilin verilməsi nəzərdə tutulduğunu, hazırda təqdim olunanlar da daxil olmaqla onlardan artıq 330 avtomobil verildiyini diqqətə çatdırıb.
A.Əliyev bildirib ki, bununla da indiyədək müharibə əlillərinə 6474 minik avtomobili verilib. Həmçinin Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə 2019-cu ildə azı 800 mənzil verilməsi planlaşdırılıb, bu ilin ötən dövründə onlardan artıq 110 mənzil təqdim edilib. Ümumilikdə bu vaxta qədər 6764 şəhid ailəsi və müharibə əlili nazirlik tərəfindən mənzillə təmin olunub.