Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ölkədə təqribən min nəfərin saxta yolla ünvanlı yardım almasından şübhələnir. FED.az xəbər verir ki, bu barədə nazir Sahil Babayev Prezident İlham Əliyevin yanında keçirilmiş iqtisadi müşavirədə verilmiş tapşırıqların icrası ilə əlaqədar görüləcək işlərin müzakirəsi məqsədilə Nazirlikdə keçirilən kollegiya iclasında bildirib.
Eləcə də bax:Kredit borcuna görə pensiya kartına - BLOK QOYULMASI DÜZGÜNDÜRMÜ - AÇIQLAMA
Nazir qeyd edib ki, ünvanlı sosial yardım sistemi təkmilləşdirilir. Nəticədə bu proqram genişlənəcək və aztəminatlı ailələrə daha əlçatan olacaq.
Eyni zamanda, sosial yardım təyinatının şəffaflaşdırılması və ünvanlılığının təmin edilməsi işləri aparılır. «Araşdırma və təhlillər nəticəsində nazirlik 1800 nəfərin saxta yollarla ünvanlı dövlət sosial yardımı aldığını müəyyən edib və həmin şəxslərə yönələn yardımlar dərhal dayandırılıb. Daha minədək şəxsin də saxta şəkildə sosial yardım aldığına dair şübhələr vardır ki, onlarla bağlı da eyni tədbirlər görülməklə, onlara yönələn yardımlar dayandırılacaq»-deyə nazir bildirib.
Saxta yollarla sosial yardım almağa şərait yaradan, bunun üçün bilərəkdən qısa müddətli əmək müqavilələri bağlayan, yaxud əmək müqavilələrində bilərəkdən əmək haqlarını reallıqda olduğundan az göstərməklə işçilərinin böyük qisminin sosial yardıma çıxışına süni imkan yaradanlarla bağlı da hüquq mühafizə orqanlarına müraciət olunacaq.