Özünüməşğulluq proqramı Böyük Qayıdışın başlanğıcı olan Cocuq Mərcanlı kəndində də kiçik ailə təsərrüfatlarının yaradılmasına və yerli əhalinin kiçik sahibkarlığa çıxışına imkan verib.
Eləcə də bax: Cocuq Mərcanlıda 25 ailə - ÖZ BİZNESİNƏ BAŞLAYIB
FED.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata əsasən, kənd sakini Elnur Həsənov da proqram çərçivəsində təqdim edilmiş aktivlər hesabına öz qoyunçuluq təsərrüfatını quraraq onu getdikcə inkişaf etdirir.
Bu barədə hazırlanmış videoçarxı sizə təqdim edirik.