Cocuq Mərcanlı kəndində iqtisadi fəaliyyətin genişləndirilməsi ilə əlaqədar ölkə prezidentinin tapşırıqlarına uyğun olaraq işlər görülür.
FED.az xəbər verir ki, bunu jurnalistlərə iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov deyib.
Onun sözlərinə görə, kənddə fəaliyyətə başlayacaq müəssisələrə güzəştlər edilə bilər: "Prezidentin sərəncamına əsasən, yaxın 2 il üçün investisiya təşviqi sənədli verilir. Bu sənəd 32 fəaliyyət sahəsini əhatə edir. Bunula bağlı biz təşviqat işlərini davam etdirərək həmin məsələlərə xüsusi önəm verəcəyik və lazım olsa, güzəşt mexanizmlərindən istifadə edə biləcəyik".