Abşeron rayonunun Ceyranbatan qəsəbəsində yerləşən su anbarından Bakının şərq hissəsinə yeni magistral kəmərin çəkilməsi nəzərdə tutulub.
Bu barədə jurnalistlərə açıqlamasında "Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı məlumat verib.
Onun sözlərinə görə, bununla bağlı layihə mövcuddur, lakin onun reallaşdırılması investisiya qoyuluşu imkanlarından asılıdır.