Çinin “Huawei” şirkəti “Honor 7X” smartfonunu təqdim edib. Bu smartfon orta qiymət kateqoriyasına aiddir, amma bu il təqdim edilmiş bir sıra qabaqcıl qurğular kimi kiçik çərçivəli ekranla təchiz edilib.
FED.az xəbər verir ki, şirkətin məlumatına görə, yeni smartfonun ekranının diaqonalı 5,93 düym, təsvir ölçüsü 1080x2160 piksel təşkil edir. “Honor 7X” smartfonu “Kirin 659” prosessoru, 4 giqabaytlıq əməli yaddaş və 64 giqabaytlıq daxili yaddaşla təchiz edilib. Korpus metaldan hazırlanıb.
Aparat 16 meqapiksellik ikiqat əsas kamera, 8 meqapiksellik ön kamera ilə təchiz edilib. “Honor 7x” smartfonu, həmçinin barmaq izi skaneri və 3340 milliamper/saat tutumunda batareyaya malikdir. Qurğuda yeganə gözəçarpan çatışmazlıq simsiz ödənişləri həyata keçirməyə imkan verən “NFC” modulunun quraşdırılmamasıdır.