Sentyabrın 27-dən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən hərbi xidmətə çağırılmış və ya könüllü şəkildə cəbhəyə getmiş hərbçilərə aylıq 360 manat pul veriləcək.
Eləcə də bax: Könüllülərin tərxis olunması ilə bağlı - Rəsmi Açıqlama
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Fəzail Ağamalı deyib.
O, bildirib ki, hər bir hərbçi 3 aylıq müddət üçün 1080 manat alacaq. Prezident İlham Əliyevin xüsusi tapşırığı ilə Maliyyə Nazirliyi tərəfindən bu məqsədlə 50 milyon manat ayrılıb”. O bildirib ki, bu, hər bir hərbçiyə şamil olunacaq.