Bütün sosial xidmət növlərində subyektlər arasında müqavilə bağlanacaq.
Çətin həyat şəraitində olan bütün şəxslər günərzi sosial xidmətlərlə əhatə olunacaq
FED.az xəbər verir ki, bununla bağlı “Sosial xidmət haqqında” qanuna dəyişiklik edilməsi təklif edilib.
Dəyişiklik layihəsi Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.
Qeyd olunub ki, hazırkı redaksiyada yalnız ödənişli sosial xidmət göstərilərkən subyektlər arasında müqavilə bağlanması nəzərdə tutulub.
Təklif olunan dəyişiklik isə həmçinin dövlət büdcəsinin vəsaiti hesabına göstərilən ödənişsiz sosial xidmətlər zamanı da subyektlər arasında müqavilə bağlanmasını nəzərdə tutur.
Təklif olunan dəyişiklik layihəsi plenar iclasa tövsiyə olunub.