"Bəzi fikirlər var idi ki, "Əmək pensiyaları haqqında" qanuna dəyişiklikdən pensiyalar azalacaq. Amma belə deyil".
Pensiya hesablamasında yeni dəyişiklik – Sosial sığorta haqlarının 85%-i fərdi hesaba yönəldiləcək
FED.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev komitənin dünən keçirilən iclasında deyib.
O bildirib ki, pensiya artımı sığorta prinsipləri əsasında aparılır:
"Pensiyaların 90 faizi ortaaylıq əməkhaqqının artımına uyğun olaraq artırılır. Sığorta əsasında pensiyalar hər il indeksləşdirilərək artırılır. Qanuna dəyişiklik nəticəsində artım əmsalları tənzimlənəcək ki, bu da aşağı məbləğdə pensiya alanların pensiyasının daha çox artmasına imkan verəcək". (Oxu.az)













