Azərbaycanda əmək haqqının birgə maliyyələşdirilməsi proqramı üzrə bu il 1800-dən çox şəxsə iş yerlərinə göndəriş verilib.
"Bütün əmək müqavilələri elektron platforma üzərindən imzalanacaq"
Dövlət Məşğulluq Agentliyindən FED.az-a verilən məlumata görə, proqram həm işsiz şəxslərə, həm də işəgötürənlərə dəstəyi nəzərdə tutur. Belə ki, bu proqram üzrə iş yerlərinə göndəriş alan şəxslərin əmək haqqının bir hissəsini 1 il ərzində dövlət özü ödəyir.
Bununla yanaşı, hələlik sahibkarların bu proqramla əməkdaşlığı aşağı səviyyədədir. Belə ki, bu il proqram üzrə 1800-dən çox işsiz şəxsə iş yerlərinə göndəriş verilsə də, onların yalnız 213 nəfəri, yəni hər 9 nəfərdən 1-i ilə müqavilə bağlanılıb və işə qəbul edilib.
Məşğulluq Agentliyindən FED.az-a bildirilib ki, bəzi hallarda işəgötürənləri namizədlərin təcrübəsi, ixtisası və hazırlıq səviyyəsi qane etmir.