Birləşmiş Ərəb Əmirliyində həftəsonu günləri dəyişdirilib.
Eləcə də bax: Səudiyyə Ərəbistanı dünyanın ən böyük üzən sənaye kompleksini - İNŞA EDƏCƏK
FED.az biznes və maliyyə xəbərləri portalı Qafqazinfo-ya istinadən xəbər verir ki, bununla da ölkədə istirahət günlərinin sayı artırılıb.
Hökumətin qəbul etdiyi qərara əsasən, 2022-ci il yanvarın 1-dən işçilər dörd gün yarım işləyəcəklər.
Yeni dövrdə iş günləri bazar ertəsindən cümə axşamına kimi saat 07.30-da başlayacaq və 15.30-da başa çatacaq. İş saatları cümə günləri yenidən saat 07.30-da başlayacaq, lakin saat 12:00-da bitəcək. Məmurlar həmçinin cümə günləri evdən işləmək hüququna malik olacaqlar.
BƏƏ iş gününü 5-dən aşağı endirən dünyada ilk ölkə olacaq.
Məlumata görə, hökumətin bu qərarı işçilərin performansını yaxşılaşdırmağa, iş-həyat balansına və sosial rifaha nail olmağa hesablanıb.