Misirdə əhalinin sayı 100 milyon nəfəri ötüb.
FED.az xəbər verir ki, bu barədə Misirin İctimai Səfərbərlik və Statistika Agentliyi məlumat yayıb.
Eləcə də bax: Azərbaycan əhalisinin - SAYI AÇIQLANDI
Bildirilib ki, son illər əhalinin artım tempinin dünyada ən yüksək səviyyədə olduğu bildirilib.
Qeyd olunub ki, Misirdə son 150 il ərzində əhalinin sayı 91 milyon nəfərdən çox artıb. Belə ki, 1897-ci ildə bu ölkənin əhalisi cəmi 9,7 milyon nəfər olub. İndi isə təkcə Qahirə qubernatorluğu əhalisinin sayı (9,924 milyon nəfər) bundan çoxdur. Ona bitişik Giza vilayətinin əhalisi 9,75 milyon, Şərqiyyə isə 7,536 milyon nəfərdir.
Statistik məlumatlara xarici ölkələrdə yaşayan 13 milyon misirli daxil edilməyib.
Modern