Minatəmizləmə fəaliyyətini həyata keçirən zaman partlayıcı sursatların işə düşməsi nəticəsində baş verən bədbəxt hadisə ilə əlaqədar həlak olan və ya bu zaman aldığı xəsarətdən həyatını itirən minatəmizləyənlərin ailə üzvlərinin sosial müdafiəsi ilə bağlı təkliflər hazırlanacaq.
FED.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin “Minatəmizləmə fəaliyyəti haqqında” qanunun tətbiqi barədə Fərmanında əksini tapıb.
Nazirlər Kabineti minatəmizləmə fəaliyyətini həyata keçirən zaman partlayıcı sursatların işə düşməsi nəticəsində baş verən bədbəxt hadisə ilə əlaqədar həlak olan və ya bu zaman aldığı xəsarətdən həyatını itirən minatəmizləyənlərin ailə üzvlərinin sosial müdafiəsi ilə bağlı təkliflərini dörd ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.