ABŞ-ın Los-Anceles şəhərində bir məhkəmə, qəhvəxana şəbəkəsi "Starbucks" daxil üç qəhvə şirkətinə, məhsullarının üzərində "xərçəng xəbərdarlığı" yazması lazım olduğuna hökm edib.
FED.az xəbər verir ki, qərarla bağlı danışan məhkəmənin hakimi Elihu Berle, bu şirkətlərin, qəhvənin qızardılması mərhələsində yaranan kimyəvi maddələrin insan sağlamlığına təhlükə yaratmadığını sübut etmədiyini deyib.
"Starbucks" və digər şirkətlərin 10 Aprel tarixinə qədər şikayət vermək şansı var. Məhkəmənin qərarı Kaliforniya ştatı sərhədləri daxilində etibarlı olacaq.
Məhkəmə, Zəhərli Maddələr Təhsil və Araşdırma Şurasının təşəbbüsü ilə başlayıb.
Şura, "Starbucks" və digər şirkətlərin, istehlakçıları, işlətdikləri kafedə yüksək miqdarda akrilamid olduğuna dair xəbərdar etmələri lazım olduğunu müdafiə edir.
Ərzaqlara yüksək temperatur tətbiqi nəticəsində ortaya çıxan Akrilamid xərçəng yaradan bir birləşmədir.