İqtisadiyyat Nazirliyi sahibkarlıq subyektlərində keçirilən monitorinqlərin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, pandemiya şəraitinin zəruri qayda və tələblərinə əməl olunmasına nəzarət məqsədilə sahibkarlıq subyektlərində (ictimai iaşə və turizm obyektləri istisna olmaqla) aprelin 15-də monitorinq keçirilib.
Monitorinq zamanı Binəqədi rayonunda Nazir Məmmədova, Nəsimi rayonunda Ələmdar Abuşova, Nizami rayonunda Orxan İsmayılova, Xəzər rayonunda Əlihüseyn Abbasova məxsus pərakəndə ticarət obyektlərində, Gəncə şəhərində "Super sport idman malları” mağazasında, "Azəri xatun geyim mağazası”nda, “Viano butiq”, “Rodi-jeans” ticarət obyektlərində, Sumqayıt şəhərində Rəhman Əsgərova, Rövşən Təhməzova, Tağı Tağıyevə, Əkrəm Tahirova, İlhamə Qurbanovaya məxsus pərakəndə ticarət obyektlərində, ümumilikdə, 40 obyektdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu aşkar olunub.
Nöqsanlara yol vermiş sahibkarlıq subyektləri barədə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.(qafqazinfo)