Doğma yurdlarına köçürülmüş sakinlərdən bu ilin ötən dövründə daha 80-dək şəxs özünüməşğulluq proqramına cəlb edilərək bu proqram çərçivəsində öz kiçik təsərrüfatlarını qurub.
FED.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Bildirilib ki, işğaldan azad olunmuş ərazilərə köçürülən sakinlərdən ümumilikdə ötən dövrdə 414 şəxsə özünüməşğulluq proqramı çərçivəsində mal və materiallar formasında aktivlər verilib:
"Verilmiş aktivlər hesabına onlar istehsal, xidmət və kənd təsərrüfatı istiqamətləri üzrə kiçik bizneslərini qurublar".
"Qeyd edək ki, proqrama cəlb olunan şəxslər üçün ilk mərhələdə təlimlər təşkil edilir, onlara kiçik biznesin təşkili və idarə olunması üzrə bilik və bacarıqlar öyrədilir. Təlimləri uğurla bitirən proqram iştirakçıları sonda aktivlərlə təmin olunurlar" (Trend).