024-cü ilin birinci yarımili ərzində ölkədə 4,5 min iş yeri bağlanıb.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Bu dövrdə bağlanmış iş yerlərinin 48,6 faizi qeyri-dövlət sektorunun payına düşüb. İş yerlərinin 51,7 faizi müəssisə və təşkilatların fəaliyyətlərinin dayandırılması, 48,3 faizi isə fəaliyyət göstərən müəssisə və təşkilatlarda aparılan ixtisarlar ilə əlaqədar bağlanıb.