Banner

Sosial

Bu il ölkədə əməkhaqqı fondu - 8 FAİZ ARTIB

Bu il ölkədə əməkhaqqı fondu - 8 FAİZ ARTIB | FED.az
15:07 6 İyul 2020

"Pandemiya dövründə həm dövlət sektoru üzrə 910 min iş yerinin qorunması təmin edilib. Həmçinin özəl sektorda iş yerlərinin qorunması işləri aparılıb. Hətta özəl sektorda cari ilin əvvəli ilə müqayisədə əmək müqavilələrinin sayı 110 min və ya 17 faiz artıb".

Eləcə də bax: 190 manat 287 min nəfərə veriləcək - RAYON VƏ ŞƏHƏRLƏRİN SİYAHISI

FED.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir qeyd edib ki, hazırda özəl sektorda 750 min əmək müqaviləsi ilə çalışan var: "Dövlət və özəl sektor üzrə əmək müqavilələrinin sayında isə 7 faizlik artım baş verib. Əmək müqavilələrinin artımı kölgə iqtisadiyyatının azaldılması, qeyri-formal məşğulluğun  leqallaşdırılması hesabına yaranır. Əmək müqavilələrinin artımı əməkhaqqı fondunun artmasına da səbəb olub. Bu ilin 6 ayında ölkədə əməkhaqqı fondu 8 faiz artıb. Bu, formal məşğulluğun əhatəsinin genişləndirilməsi baxımından da çox önəmlidir".

Digər xəbərlər

Banner