Məşğuluq imkanlarının artırılması və qeyri-formal məşğulluğun qarşısının alınması istiqamətində görülən kompleks tədbirlər əmək müqavilələrinin sayında artımın davam etməsinə imkan yaradıb.
Əmək müqaviləsinə qanunsuz xitam verilən 95 nəfər əvvəlki işlərinə - BƏRPA EDİLİB
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən FED.az-a verilən xəbərə görə, 2022-ci ilin yanvar-noyabr aylarında əmək müqavilələrinin sayı 3,4 faiz və ya 57 min artaraq 1 milyon 741 min 468 müqavilə təşkil edib. Bu dövrdə əməkhaqqı fondu da 20 faiz artıb.