Koronavirusun kütləvi yayılmasının qarşısını almaq məqsədilə Azərbaycanda paytaxt Bakıda və bir sıra bölgələrdə tətbiq edilən həftəsonu “evdə qal” tədbiri bir müddət davam edəcək.
Eləcə də bax: Növbəti həftədən qadağalar bütün ölkəni - ƏHATƏ EDƏCƏK
FED.az xəbər verir ki, bu həftə yaşayış yerini və olduğu yeri tərk etməmək şənbə və bazar günlərinə tətbiq edildi.
Bu həftə isə bu qadağanın şənbə-bazar və bazar ertəsi günlərində tətbiq ediləcəyi gözlənilir.
Bazar ertəsi 15 iyun “Qurtuluş günü” – qeyri-iş günü olduğu üçün iyunun 13, 14 və 15-i günlərində “evdə qal” tədbirinin tətbiq olunacağı bildirilir.