Nazirlər Kabineti yanında Operativ Qərargah SMS-icazənin tələb olunmayacağı halları açıqlayıb.
Eləcə də bax: Sərt karantin dövründə bu sahələr üzrə fəaliyyətə icazə verilməyəcək - SİYAHI
FED.az "qafqazinfo"ya istinadən xəbər verir ki, həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda yaşayış yerini və olduğu yeri tərk etmək üçün SMS - məlumatın göndərilməsi tələb olunmur.
Həmçinin şəxslər məhkəməyə və ya hüquq mühafizə orqanlarına çağırıldıqda SMS - məlumat göndərilmədən yaşayış yerini və olduğu yeri tərk edirlər. Bu halda onlar məhkəməyə və ya hüquq mühafizə orqanına çağırılmalarına dair sənədi polis əməkdaşlarının tələbi ilə onlara təqdim etməlidirlər.