Məlum olduğu kimi, rayon və şəhərlər üzrə işsiz şəxslərin qeydiyyata alınmaları üçün elektron qaydada müraciət günləri bəlli olub.
Eləcə də bax: 10 min nəfərə 190 manat - ÖDƏNİLDİ
FED.az aprelin 10-u müraciət günü olan rayonları təqdim edir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaydığı siyahıya əsasən, bu gün birdəfəlik ödəməni almaq hüququna baxılması üçün işsiz şəxslərin qeydiyyatı ilə bağlı Bakının Suraxanı və Sabunçu rayonlarında yaşayanlar müraciət edə bilərlər.
Aprelin 10-u, eyni zamanda Şəki, Tovuz, Gəncə, Zaqatala, Yevlax, Qəbələ, Qazax, Göyçay, Goranboy, Şamaxı, Ağstafa, İsmayıllı, Balakən, Ağsu, Gədəbəy, Qax, Göygöl, Samux, Zərdab, Oğuz, Daşkəsən şəhərləri şəhərlərində qeydiyyatda olanların müraciəti mümkündür.
Bundan başqa, Gəncənin Kəpəz və Nizami rayonunda qeydiyyatda olanlar da bu gün öz şanslarını sınaya biləcəklər.
Qeyd edək ki, işsiz statusuna uyğun gələn şəxslər olduqları rayon (şəhər) üzrə qrafikdə göstərilən günlərdə www.e-sosial.az portalı vasitəsilə elektron qaydada qeydiyyatdan keçə bilərlər.
TED