Böyük Britaniyanın Dərman və Səhiyyə Məhsullarını Tənzimləmə Agentliyi yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı tək dozalı “Johnson&Johnson” peyvəndinin istifadəsini təsdiqləyib.
Peyvənd olunanların sayı açıqlandı
FED.az Apa-ya istinadən xəbər verir ki, peyvəndin COVID-19-a qarşı 67 faiz effektiv olduğu bildirilib.
Bəzi araşdırmalara görə peyvənd xəstələnmə və ölümdən tam qorumada yüksək effekt daşıyır.
““Johnson&Johnson” tək dozalı peyvənd olduğu üçün qarşıdakı aylarda əhəmiyyətli rol oynayacaq”, - deyə Britaniyanın səhiyyə naziri Matt Hankok qeyd edib.