“Biz dedik ki, koronavirus pandemiyası dövründə aztəminatlı, ehtiyacı olan insanlara yardım edək. Təxminən 600 min insana 190 manat verilməsi barədə qərar qəbul olundu”.
Eləcə də bax: 13 min nəfərin 190 manatı - Ləğv Edilib
FED.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.
“Ehtimal edirdik ki, bu insanlara 190 manat o qədər vacibdir ki, dərhal onu ehtiyaclarına yönəldəcək. Bloklanmış kartlardakı vəsaitdən 1 manat da istifadə olunmayıb. Bütün pulun çıxarılması bir yana, ən azı 10 manat çıxarıb ehtiyaclara yönəltmək olardı. Kimsə bunu etsəydi, bilərdik ki, buna ehtiyacı var. Hökumət bu pulu mütləq olaraq hamıya paylamaq istəmir, ehtiyacı olanlara vermək istəyir. Bu pul kiməsə verilmirsə, digər vacib istiqamətlərdə - həkimlərin maaşının artırılmasına, tibbi ləvazimatlarının alınmasına xərclənə bilər”, - deyə o, qeyd edib.