Prezident İlham Əliyev çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
FED.az xəbər verir ki, sənədə əsasən, çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 449 000 (dörd yüz qırx doqquz min) manat ayrılıb.Maliyyə Nazirliyinə sənəddə göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.