Bu gün Qaz İxrac İdarəsinin balansında olan diametri 720/325 mm olan yüksək təzyiqli “Yevlax-Naxçıvan” magistral qaz kəmərinin yeni çəkilmiş hissəsinin mövcud şəbəkəyə birləşdirilməsi, yerüstü kranın quraşdırılması və aşkar olunmuş sızmanın ləğvi işləri icra olunur.
FED.az xəbər verir ki, bu məqsədlə Bərdə, Tərtər, Ağdam, Ağcabədi, Beyləqan, Füzuli rayonlarında və Yevlax rayonun 9 kəndində qaz təchizatı dayandırılıb.
Qaz təchizatının bərpası avqustun 21-nə planlaşdırılır.
"report"