“Başqa şəxslərin evlərində məskunlaşan məcburi köçkünlərlə bağlı məsələ tam diqqətimdədir. Biz bu məsələni araşdırmışıq, say artıq bəllidir”.
ELƏCƏ DƏ BAX : Hövsandakı sosial evlərin nə vaxt satılacağı - MƏLUM OLDU
FED.az xəbər verir ki, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev deyib.
O bildirib ki, bununla bağlı bir çox hallarda məhkəmə qərarları var, bəzi hallarda bu da yoxdur: “Yataqxanalarda, zirzəmilərdə, bağçalarda, yarımtikililərdə yaşayan məcburi köçkünləri mənzillərlə təmin etdikdən sonra bu məsələyə böyük diqqət ayıracağıq”.