“2019-cu ildə Azərbaycanda inflyasiyanın səviyyəsi 2,6% olub”.
Eləcə də bax: «Azərbaycanda işsizlərin və yoxsulların - SAYINI BİLİRİKMİ?» - STATUS
FED.az xəbər verir ki, bunu Baş Nazir Əli Əsədov Nazirlər Kabinetinin təqdim etdiyi videohesabatda deyib.
Ə.Əsədov bildirib ki, Azərbaycanda işsizliyin səviyyəsi ən aşağı - 4,8% olub:
“Dövlət büdcəsinin gəlirləri 24,2 milyard manat, xərcləri isə 24,4 milyard manat təşkil edib. 2019-cu ildə ilk dəfə olaraq Neft Fondunun aktivləri 40 milyard manatı ötüb. Xarici borc 9 milyard 91 milyon manat olub. Keçən il investisiyaların 70%-i daxili, 30%-i isə xarici investorlar hesabına həyata keçirilib. Hesabat ilində xarici ticarət dövriyyəsi 33,1 milyard dollar olub, müsbət saldo 5,8 milyard dollara çatıb”.
Qafqazinfo