Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Banklar Assosiasiyası arasında əməkdaşlıq çərçivəsində banklar tərəfindən cəbhə bölgəsindən özünüməşğulluq proqramına cəlb edilən şəxslərə aktivlər təqdim edilir. Həmin ailələr üçün öz seçimlərinə uyğun olaraq heyvandarlıq sahəsi üzrə təsərrüfatlar qurulur.
Eləcə də bax: Azərbaycanda özünüməşğulluq layihəsinə - 21 BANK QOŞULUB
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən FED.az-a verilən xəbərə görə, ümumilikdə, respublika üzrə 312 nəfər proqram iştirakçısı seçdikləri fəaliyyət sahəsi üzrə kiçik bizneslərini qurmaq üçün banklar tərəfindən mal və materiallarla təmin edilib.
Qeyd edək ki, bu layihəyə ölkədə fəaliyyət göstərən 21 bank qoşulub. Əməkdaşlıq çərçivəsində 1000 nəfər proqram iştirakçısının banklar tərəfindən aktivlərlə təmin edilməsi nəzərdə tutulub.