FED.az xəbər verir ki, Baku Bus işçi axtarır
Vəzifə: Əmək haqqı üzrə mühasib
Vəzifə öhdəlikləri:
- İşçilərin aylıq əmək haqlarının, gəlir vergisi və sosial sığorta ayırmalarının hesablanması;
- Əmək haqqı üzrə müxabirləşmələrin verilməsi və hesabların sistemdə yoxlanması;
- Məzuniyyət haqlarının, xəstəlik vərəqəsi üzrə ödəmələrin, mükafatların və son haqq-hesab ödənişlərinin hesablanması və ödənişi;
- DSMF tərəfindən ödənilən müavinətlərın dövlət elektron sistemində işlənməsi;
- Təhtəl-hesab şəxslərlə hesablaşmaların və ezamiyyə haqlarının yoxlanması və müvafiq vergilərin tutulması;
- Muzdlu işlə əlaqədar gəlir vergisinin bəyannaməsinin hazırlanması və təqdim olunması;
- Sosial sığorta ayırmaları üzrə hesabatın hazırlanması və təqdim olunması;
- İşçilər üçün bank kartlarının sifarişi və əmək haqqı kartları ilə bağlı problemlərin həllində dəstək;
- İşçilərin əmək haqqı ilə bağlı suallarının vaxtlı-vaxtında cavablandırılması;
- Əmək haqqı ilə bağlı Vergiləri Nazirliyi, DSMF və Dövlət Statistika Komitəsi tərəfindən tələb olunan məlumatların, ərizələrin hazırlanması və sualların cavablandırılması;
- Rəhbərliyin digər əlaqədar tapşırıqların yerinə yetirilməsi.
Namizədə olan tələblər:
- Maliyyə, vergi və ya mühasibat uçotu sahəsində ali təhsil;
- Müvafiq sahədə ən azı 3 il iş təcrübəsi
- Əmək Məcəlləsi və Vergi Məcəlləsi üzrə müvafiq biliklər;
- İdarəetmə, analitik təhlil və təşkilatçılıq qabiliyyəti.
Qeyd olunmuş tələblərə cavab verdiyiniz halda CV-nizi (anketlərinizi) [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində “Əmək haqqı üzrə mühasib”qeyd etməklə göndərə bilərsiniz