Nizami rayonunun Keşlə qəsəbəsində yerləşən “Şanxay” adlı məhəllədə söküntü işləri aparılır.
50-ci illərin əvvəllərində salınan məhəllədən qatar relsləri keçdiyi üçün illərdir əhali orada təhlükə ilə üz-üzə yaşayıb.
Məhəllənin adının - “Şanxay”ın özünəxas tarixçəsi var. Bu qəsəbədə Hacı Salman adlı kişi yaşayırmış. Bir dəfə o, Çinin Şanxay şəhərinə gedib. Kişi geri qayıdanda məhəllə sakinləri ondan səfər etdiyi yerlərin necə olduğunu soruşublar.
“Ora məhəlləmizdən heç də fərqlənmir. Orada da qatarlar evlərin yanından keçir, burada da”, - deyə Hacı Salman cavab verib.
Beləliklə, sakinlər yaşadıqları məhəlləyə “Şanxay” adı veriblər. O vaxtdan hamı buranı “Şanxay” kimi tanıyır.