Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Bakıda və Abşeron yarımadasında müşahidə olunan toz-dumanı ilə bağlı operativ iş rejiminə keçərək, hər üç saatdan bir atmosfer havasında müşahidələr aparır.
Qurumdan daxil olan xəbərə görə, havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata görə 29 mart 2018-ci il tarixində Bakı və Abşeron yarımadasında tozun miqdarının saat 12:00-da bir qədər də artaraq sanitar normadan 25 faiz yuxarı olduğu qeydə alınıb.
Xatırladaq ki, saat 09:00 da bu göstərici 20 faiz təşkil edirdi.
Nazirliyin saat 15:00-a olan məlumatına görə, havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyaları tozun miqdarının bir qədər də artaraq sanitar normadan 32 faiz yuxarı olduğu qeydə alıb.