Sabahdan Azərbaycanda tətbiq olunacaq xüsusi rejimlə əlaqədar ölkə üzrə fəaliyyət göstərən alış-veriş mərkəzlərinin fəaliyyəti müvafiq dövlət strukturları tərəfindən açıqlanacaq qaydalara riayət olunaraq həyata keçiriləcək.
Eləcə də bax: «Yarıboş restoranlar, alıcısız mağazalar» - «GƏNCLİK» VƏ «28 MALL» BU GÜN
FED.az bu barədə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargaha istinadla xəbər verir.
Bundan başqa, kinoteatrların, muzey və teatrların, əyləncə mərkəzlərinin də fəaliyyəti dayandırılıb.
Qeyd edək ki, 14 mart 2020-ci il saat 00:00-dan etibarən ölkə ərazisində sosial izolyasiya tədbirləri tətbiq olunacaq. Tətbiq olunan xüsusi rejim bir ay davam edəcək.