Bakı şəhəri üzrə bu ilin yanvar ayında muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqısı açıqlanıb.
Eləcə də bax: “Deloitte”: "2024-cü ildə Azərbaycanda orta maaş 1 000 manatı keçəcək"
FED.az xəbər verir ki, Bakı Şəhər Statistika İdarəsindən verilən məlumata görə, hesabat dövründə Bakıda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2021-ci ilin müvafiq dövrünə nisbətən 8,2% artaraq 974,7 manat təşkil edib.
Qeyd edək ki, 2021-ci ilin dekabr ayının sonuna paytaxtda orta aylıq nominal əməkhaqqı 948,9 manat olub. (Apa)