2024-cü ilin yanvar-may aylarında muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 1272,3 manat təşkil edib.
FED.az bu barədə Bakı Şəhər Statistika İdarəsinə istinadən xəbər verir.
Məlumata görə bu 2023-cü ilin müvafiq dövrünə nisbətən 8,3 faiz çoxdur.